Ramin Musayev: PFL mərasimə hazırdır
06.06.2012 - 23:01
Premyer Liqada başa çatan mövsümün mükafatlandırılma mərasimin vaxtı hələ müəyyənləşməyib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev apasport.az saytına açıqlamasında həmin tədbirin keçirilməyi ilə bağlı məsələnin açıq qaldığını deyərək, bunu vaxt problemi ilə əsaslandırıb.
Bu da ona görədir ki, mükafatçılarımız avrokuboklarda iştirak edəcəyindən, artıq bunun hazırlığına başlayıb və xaricə təlim-məşq toplanışına yollanıb. Buna misal olaraq iyunun 1-dən Türkiyədə təlim-məşq toplanışında olan bürünc medalçı “İnter”i və dünən Avstriyaya hazırlığa yollanan gümüş mükafatçı “Xəzər Lənkəran”ı göstərə bilərik. Qızıl medalçı “Neftçi” isə gələn həftə xaricə toplanışa gedəcək.
Elə Musayev də mükafatlandırmanın bu ay keçirə bilməyəcəkləri ilə razılaşır: “Bildiyiniz kimi, iyulda avrokuboklarda növbəti mövsüm başlayır və hər 4 təmsilçimiz həmin vaxt mübarizəyə start götürəcək. Biz mükafatçı klubların hamısının Bakıda olmağını gözləməliyik ki, tədbiri keçirək. Hər halda, klublara bir-bir ayrılıqda medal verə bilmərik ki... Biz tərəfdən mükafatlandırma ilə bağlı hər şey hazırdır. Münasib vaxt olan tədbiri keçirəcəyik”.
Mehman SÜLEYMANOV

0
0