“Elnur “Xəzər Lənkəran”a xəyanət edib”
06.06.2012 - 17:01
Dünən Avstriyaya yollanan “Xəzər Lənkəran” təlim-məşq toplanışına tam heyətlə getməyib. Apasport.az-ın “CaspianUltras” fanklubunun rəsmi saytına istinadən məlumata görə, cənub təmsilçisi aparıcı oyunçularından Kamran Ağayev, Elnur Allahverdiyev, kapitan Rahid Əmirquliyev və Sadio Tounkara olmadan hazırlıq keçir.
Həmin futbolçulardan üçü – Kamran, Rahid və Elnur çempionat bitdikdən dərhal sonra millinin düşərgəsinə yollandıqlarından gələcək mövsüm üçün istirahətə vaxt tapmamışdılar. Baş məşqçi Yunis Hüseynov həmin futbolçuların millinin düşərgəsindən yeni gəldiyini nəzərə alıb, onlara əlavə 8 gün vaxt verib.
Göstərilən müddətdən sonra hər 3 futbolçu Avstriyaya yola düşəcək və komanda ilə məşqlərə başlayacaq. Avstriyaya yollana bilməyən digər futbolçu isə son zamanlar gözəl oyunu ilə seçilən Sadio Tounkaradır.
Bu futbolçunun Bakıda qalmağında səbəb isə Azərbaycana göstərilən vaxtdan gec gəlməyi və viza məsələlərində digər futbolçulardan qeydiyyatının gecikməsidir.
Afrikalı futbolçuların Avropa ölkələrinə keçidləri zamanı digər ölkə vətəndaşlarına nisbətən viza prosesi daha uzun çəkir. Bu kimi problem son olaraq Julius Vobayla bağlı da yaranmışdı. O, da Azərbaycanda gözlədilmişdi. Lakin daxil olan məlumata görə millinin futbolçuları ilə birlikdə Tounkara da yaxın 8 gün ərzində təlim məşq toplanışına qatılacaq.
Azarkeş saytı digər məsələ - klubun futbolçusunun Elnur Cəfərovun “Xəzər Lənkəran”da oynamaq istəməməyinə də münasibət bildirib. Onun etdiyi hərəkət "xəyanət"dir. Belə ki, aşağı yaş qruplarından başlayaraq “Xəzər-Lənkəran”a xidmət edən, futbolun sirlərinə Lənkəranda yiyələnən 15 yaşlı Elnur Cəfərov heç də həm özünə, həm kluba yaraşmayan qeyri-etik hərəkət edib. Ampluası hücumçu olan Elnur U-15 və U-16 milli komandalarında çıxış edib. U-16 komandasının əsas hücumçularından sayılan Elnur son aylarda artıq U-17 komandasının heyətinə çağırılmağa başlanmışdı.
“Xəzər Lənkəran”ın hər bir aşağı yaş qruplarında oynayan futbolçunun arzusu əlbəttə ki, əsas heyətə düşmək, “Fırtınalar meydanı”nda möhtəşəm azarkeşlər önündə şərəflə klubu təmsil etməkdir”.
Fanatlar futbolçunun hərəkətini qınamağı da lazım biliblər: “Reallıq da var ki, klubda xüsusilə bir lənkəranlı futbolçunun oyununa izləmək yerli azarkeşlər üçün də ayrı qürur hissi verir. Lakin görünür, bu amil Elnur və atası üçün heç nə ifadə etmir. Baş məşqçi son təlim məşq toplantısına Elnuru da daxil etmiş, klub rəhbərliyi də onun üçün viza problemini, aviabilet məsələlərini həll etmişdi. Lakin son anda klub Avstriyaya yola düşəcəyi saatda lazımı yerdə olmayan Elnur həm “Xəzər Lənkəran”a, həm də azarkeşlərə, həm də bütün Lənkəran xalqına xəyanət etmiş oldu. Atasının kluba dediyi qədəri ilə, artıq o, Elnurun Lənkəran təmsilçisində oynamağında maraqlı deyil, yalnız və yalnız transfer haqqında, bir sözlə onun paytaxt klublarına keçməsi haqqında fikirləşir”.
“CaspianUltras” fanklubunun rəsmi saytı yeniyetmə futbolçunun Lənkəran şəhər stadionuna qonaq qismində gələcəyi vaxt indiki hərəkətinin əziyyətini çəkəcəyini də gizlətmir: “Hər bir Azərbaycan futbolçusunun Lənkəranda, bu möhtəşəm azarkeşlər qarşısında oynamaq ilk arzusu olduğu halda, Azərbaycanda ən güclü maliyyə potensialına malik klubu olduğu halda, Elnur və ailəsinin etdiyi bu hərəkətini azarkeşlər şiddətlə qınayır. Bu həm ilk yarandığı gündən “hər bir lənkəranlının fəxr edəcəyi bir klub yaradacağıq” deyən klub rəhbərliyinə, həm də hər oyunu istər evdə və istər rəqib meydanında tək qoymadığımız biz azarkeşlərə edilmiş yanlış hərəkətdir. Biz klub dəyişiklərinə, transfer məsələlərində, əlbəttə, futbolçulara tam azadlığın tərəfindəyik. Lakin klubu aldatmaq, bu klubdan yetişib ona xəyanət edən futbolçunun nə vaxtsa “Fırtınalar meydanı”nda rəqib forma altında çıxdığı görüşdə azarkeşlərin ona yönəldəcəyi ifadələr, aqressiv şüarları onun bütün futbol həyatı boyu, onu izləyəcəyindən əminliyimizi bildiririk”.

0
0