Rəşad Sadıqov: Üzülmərəm, təki Avro-2020 Azərbaycanda keçirilsin
06.06.2012 - 18:20
“Azərbaycanın Avropa çempionatını keçirməyə namizədliyini verməsinə müsbət yanaşıram. Ölkəsində belə bir yarışın keçirilməsini kim istəməz?” Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
Təcrübəli futbolçu Azərbaycanın Gürcüstanla birgə 2020-ci il Avropa çempionatının final mərhələsini (AVRO-2020) birgə keçirmək ideyasını dəstəkləyir. Ancaq Rəşad bunun çətinliyinə də toxunub: “Namizədliyini verən başqa ölkələrlə rəqabət aparmaq çox çətin olacaq. Ancaq inanmaq istərdim ki, sonda turnir Azərbaycanda keçiriləcək”.
Millimizin Avropa və dünya çempionatının final mərhələsinə düşməyi nə qədər arzulasaq da, bu, yaxın gələcək üçün real deyil. Ancaq belə turnirə ev sahibliyi edəcək ölkənin birbaşa vəsiqə qazanmağı yığmamız üçün tarixi hadisənin reallaşmağına imkan verir: “Bizim birdən-birə Avropa çempionatına düşməyimiz çox çətindir. Özünüz də qrupumuzu görürsünüz - Portuqaliya, Rusiya, İsrail yığmaları. Hansını sıxışdırıb, 2-ci yerlə pley-off oyunlarına vəsiqə qazanasan?”
Azərbaycan AVRO-2020 ilə bağlı istəyinə çatarsa, Rəşad böyük ehtimalla həmin final mərhələsində iştirak etməyəcək. Hər halda, Sadıqovun həmin vaxt 38 yaşı olacaq və bunadək karyerasını bitirəcəyi daha real görünür.
Müdafiəçi final mərhələsindən kənarda qalmaq variantına görə üzülmür: “Mən bunda canlı iştirak etməməyə görə o qədər də üzülmərəm. Təki Avropa çempionatının final mərhələsi ölkəmizdə keçirilsin. Bu, Azərbaycan, futbolumuz, stadionlarımız, infrastrukturumuz üçün böyük təkan olar”.
Mehman SÜLEYMANOV

0
0