Aleksandr Əliyev Ukrayna dilində danışmaqdan imtina etdi
06.06.2012 - 17:59
Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyev növbəti qalmaqalla üzləşib. Lent.az-ın məlumatına görə, Əliyev yerli telekanallardan birinin suallarına Ukrayna dilində cavab verməkdən imtina edib. 27 yaşlı yarımmüdafiəçi səbəb kimi bu dili bilməməsini göstərib. Baxmayaraq ki, o, 10 ildən çox Ukraynada yaşayıb. İnsident yığmanın növbəti məşqindən sonra baş verib.
Qeyd edək ki, əvvəllər Aleksandr Əliyev Ukrayna dilində filmlərdən əsla xoşunun gəlmədiyini açıqlayıb.
Qeyd edək ki, əvvəllər Aleksandr Əliyev Ukrayna dilində filmlərdən əsla xoşunun gəlmədiyini açıqlayıb.
0
0