Ruslan Abışovun bir ayağı “Xəzər Lənkəran”da!
06.06.2012 - 23:01
Ruslan Abışovun bir ayağı “Xəzər Lənkəran”da!
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” daha bir aparıcı futbolçusunu itirmək üzrədir. Apasport.az saytının xəbərinə görə, bu dəfə “ağ-qaralar”ı müdafiəçi Ruslan Abışov tərk etmək istəyir. Onun yaxın günlərdə “Xəzər Lənkəran”a keçəcəyi istisna deyil.

Bakılılarla müqaviləsi başa çatan futbolçunun cənub təmsilçisində oynamaq istəməsinin səbəblərindən biri kimi, “Neftçi” daxilindəki ab-havanın həddən artıq pis olmağıdır.

Üstəlik, baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında oynamaq istəməməyi və “Xəzər Lənkəran”dan aldığı sərfəli təklif tezliklə Abuşovu Lənkərana apara bilər.

“Ağ-yaşıllar”ın baş məşqçisi Yunis Hüseynov da Ruslanın xidmətində maraqlıdır. Futbolçunun əzəli rəqiblərdən hansına üstünlük verəcəyi isə hazırda Türkiyədə olan “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun Bakıya dönüşündən sonra bəlli olacaq.