Millimizin kapitanı: Özümü bağışlaya bilmirdim
06.06.2012 - 23:00
“İslandiya ilə matçın çətin olacağını bilirdik. Xüsusilə, Norveçə qarşı zəif oynadığımıza görə, mütləq qələbə qazanmaq istəyirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının (U-21) yarımmüdafiəçisi Mirhüseyn Seyidov deyib.
İslandiya üzərində qazanılan qələbə (2:1) haqda danışan millinin kapitanı buna inandıqlarını vurğulayıb: “Düzdür, görüşün əvvəlində məğlub duruma düşdük. Ancaq qələbə qazanacağımıza daxildə inanırdıq. Penaltini qaçırdıqdan sonra isə çox pis oldum. Şükürlər olsun ki, özümüzdə güc tapıb, vəziyyətdən çıxa bildik”.
Penltini qaçırmasına gəlincə, kapitan bunun oyununa təsir etdiyini də gizlətməyib. Belə ki, o, qalan dəqiqələrdə bunu sığortalamaq üçün var gücü ilə mübarizə aparıb: “İstər oyun, istər fasilədə, istərsə də matçdan sonra özümü bağışlaya bilmirdim. Hər işdə bir xeyir var. Penaltini vura bilmədim, əvəzində komandamız 2 qol vurdu. Hər kəs güc qoydu, daha yaxşı oynadı”.
Birinci və ikinci hissələri müqayisə edən Seyidov fasiləyə qədər daha çox top saxlamağa çalışdıqlarını qeyd edib: “İlk dəqiqələrdən eyni tempdə oynamaq olmur. Əvvəlcə rəqibin zəif cəhətlərini təsbit edirsən. Bizim də üstünlüyümüz onda oldu ki, I hissədə çox top saxladıq. İkinci hissədə isə tamamilə irəli atıldıq. Amma fasiləyə qədər zəif oynadığımızı demək düzgün deyil. Sadəcə, ikinci hissədə qol axtarırdıq və buna görə də daha çox hücum edirdik deyə daha maraqlı alındı”.

0
0