“Rubin”in baş məşqçisi Mahir Şükürovun adını çəkmədi
06.06.2012 - 23:05
“Rubin”in baş məşqçisi Mahir Şükürovun adını çəkmədi
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev dünən mətbuat konfransı keçirib. Apasport.az saytının xəbərinə görə, Kazan təmsilçisinin çalışdırıcısı yeni mövsümün planlarından, eləcə də, komandadan gedib-gələn futbolçulardan danışıb.

Təcrübəli mütəxəssis bir çox futbolçunun adını çəksə belə, millimizin üzvü, “Rubin”ə keçəcəyi barədə xəbərlər yayılan Mahir Şükürovun adını dilinə gətirməyib.