Tağızadə cəzalandırıldı
07.06.2012 - 08:21
Tağızadə cəzalandırıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Ruslan Tağızadə üçün Avro-2013-ün seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi İslandiya ilə Reykyavikdəki qarşılaşmada sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Seçmə mərhələdə cəmi 3-cü oyununa çıxmasına baxmayaraq Tağızadə artıq ikinci dəfə belə cəza alıb. O, ötən il oktyabrın 10-da Belçika ilə ev oyununda da qarşısında “sarı” görmüşdü. Bu isə o deməkdir ki, Tağızadə sentyabrın 6-da İngiltərə ilə Bakıda keçiriləcək qarşılaşmada meydana çıxmayacaq.