Azərbaycana məğlubiyyət və məcburi islahatlar
07.06.2012 - 08:42
Azərbaycana məğlubiyyət və məcburi islahatlar
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasına məğlub olan İslandiya yığması Norveçlə keçirəcəyi qarşılaşma ərəfəsində heyətində islahatlar aparmağa məcbur olub. Apasport.az saytının məlumatına görə, ada təmsilçisi heyətinə 2 yeni futbolçu cəlb edib. Bunlar Andri Adolfson və Arnor Skott Traustasondur.

Onlar iyunun 12-dəki səfər matçında meydana çıxa bilər. Bu cütlük yığmamızla oyunda hesabı açan Byorn Siqurdarsson və Kristian Steyndarssonu əvəzləyəcək. Çünki sonuncular millimizlə oyunda məğlubiyyətdə pay sahibi olamqla yanaşı, həm də cəzalı duruma düşüblər.

Qeyd edək ki, yığmamızın qrupda sonuncu olmaması Norveç – İslandiya oyununda rəsmiləşə bilər. Bunun üçün meydan sahiblərinin autsayderə uduzmaması kifayətdir.