Teleməkanda yeni idman verilişi: ATV “Avrofutbol”la gəlir
07.06.2012 - 11:59
Azərbaycan futbol azarkeşləri bu gündən etibarən yeni veriliş izləyə biləcəklər. Apasport.az saytının məlumatına görə, ATV kanalında nümayiş olunacaq həmin veriliş Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə həsr olunacaq. Televiziya şirkətinin rəhbərliyində baş verən dəyişikliklərdən sonra ilk idman layihəsi olan proqram çempionatın sonunadək davam edəcək.
Yeni verilişin redaktoru, ATV-nin idman şöbəsinin rəhbəri İlkin Fikrətoğlu apasport.az saytına açıqlamasında bu layihə haqda məlumat verib: “Bu gün saat 23:00-da başlayacaq “Avrofutbol” verilişi hər gün eyni vaxtda efirə çıxacaq. 30 dəqiqə davam edəcək proqram Avropa çempionatının hər oyun günü hazırlanacaq. Verilişdə saat 21:00-da başlayıb, proqramın başlamasına qədər sona çatan günün ilk oyunu, həmçinin bir gün əvvəl keçirilən günün son matçı haqda təhlillər, şərhlər yer alacaq. Həmin oyunlarının fraqmentləri nümayiş olunacaq, az sonra başlayacaq qarşılaşma haqda fikirlər səsləndiriləcək”.
Fikrətoğlu bildirib ki, oyunların təhlili üçün verilişə mütəxəssislər də dəvət olunacaq: “Hər gün verilişin 2 qonağı olacaq. Bunlar veteran futbolçu, məşqçi, karyerasını davam etdirən oyunçulardan ola bilər. İdman jurnalistlərinin də efirə dəvət olunmasını planlaşdırmışıq. Verilişin qonaqları sırasında futbolu sevən, bu idman növü ilə yaxından maraqlanan sənət adamları da yer alacaq”.
Həmkarımızın sözlərinə görə, artıq verilişin ilk qonaqları da məlumdur: “Bu gün efirə çıxacaq verilişin qonaqları artıq müəyyənləşib. Bunlardan biri AZAL klubunun baş məşqçisi, vaxtilə milli komandalarımızı çalışdırmış Vaqif Sadıqov, digəri isə AFFA-nın Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovdur. Növbəti verilişlərdə isə qonaqlar ardıcıllıqla cəlb olunacaq. Verilişin aparıcıları isə Sənan Şəfizadə və Vüsal Qurbanov olacaq. Onlar növbəli sistemlə, hər dəfə biri olmaqla verilişin aparıcısı kimi efirə çıxacaq”.
ATV tamaşaçıları Avropa çempionatına həsr olunan, sırf bu yarışdan bəhs edən təxminən 1 aylıq “Avrofutbol” verilişi fəaliyyətini başa çatdırandan sonra da futbolsuz qalmayacaq. Fikrətoğlu bu verilişdən sonra yeni proqramın tamaşaçılara təqdim olunacağını bildirib: “Avropa çempionatı başa çatandan az sonra isə yeni veriliş təqdim edəcəyik. Həftəlik olacaq həmin proqramda digər idman növləri də, futbol da yer alacaq. Ən azı 45 dəqiqəlik olacaq həmin veriliş yeni mövsüm üçün nəzərdə tutulub. Həmin proqramın adı, 45 dəqiqə, yoxsa 1 saat davam edəcəyi hələ dəqiqləşməyib. Verilişin dəqiq başlama vaxtını da deyə bilmərəm. London Olimpiadası ilə bağlı olaraq həmin verilişin daha tez efirə çıxması da mümkündür”.

0
0