Səlcuk Yula: Berti Foqts Azərbaycan yığmasında qalmalıdır
07.06.2012 - 12:17
Səlcuk Yula: Berti Foqts Azərbaycan yığmasında qalmalıdır
“Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqtsdan imtina etməməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunun sabiq futbolçusu Səlcuk Yula deyib.

Karyerasını bitirdikdən sonra futbol şərhçisi kimi tanınan veteran yığmamızın çalışdırıcısı Berti Foqtsun işinə qiymət verib. Türkiyə nümunəsini önə çəkən Yula 4 ildir yığmamızda işləyən Foqtsa güvənməkdə davam etməyi məsləhət görüb: “Mustafa Dənizlinin rəhbərlik etdiyi Türkiyə yığması Londonda İngiltərəyə 10:0 hesabı ilə uduzmuşdu. Məğlubiyyətə baxmayaraq, həmin oyunda türk futbolunun irəliləyişi, inkişafı diqqət çəkirdi. İngiltərədə baş tutan matçda Türkiyə rəqibini daim təzyiqdə saxlayırdı. Hətta 4-5 qol imkanından yararlana bilmədi. Bundan başqa, 7-8 top fərqilə də məğlub olduğumuz oyunlar oldu. Nəticəsi isə göz qabağındadır. Türkiyə tutduğu yoldan dönmədi. Məncə, Azərbaycan da bu yoldan dönməməlidir. İnanıram ki, belə olsa, yaxın 3-4 il ərzində Azərbaycan futbolu Avropada öz sözünü deyəcək”.
Korner.az