Uinston Parks “Bakı”ya gec qoşulacaq
07.06.2012 - 12:44
“Komanda bir araya gələndən sonra öncə futbolçuları tibbi müayinədən keçirdik. Nəticələr pis deyil və artıq məşqlərə başlamışıq”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın baş məşqçisi Novruz Əzimov deyib.
Ölkəmizi Avroliqada təmsil edəcək paytaxt təmsilçisi iyunun 5-də bir aya gəlib. Əzimovun sözlərinə görə, yalnız Maris Verpakovskislə Hacı Əhmədovda kiçik problemlər var ki, bu üzdən onlar komandanın düşərgəsində fərdi planda çalışırlar: “Hazırlığımızda 15 futbolçu iştirak edir. Digərlərinin, legionerlərin gəlişi ilə say artacaq. Futbolçularımız düşərgəyə normal vəziyyətdə gəlmişdilər. Əsas məqsədimiz onların daha tez formaya düşmələrinə nail olmaqdır. Məşqlərimizi gələn həftə Qəbələdə davam etdirəcəyik və hazırlığın ilk mərhələsində əsasən fiziki çalışmalara diqqət yetirəcəyik. Çalışacağıq ki, futbolçuların orqanizmləri ağır yüklənmələrə hazır olsun”.
Ötən mövsümün sonunda “Bakı”nın legionerlərindən xorvatiyalı müdafiəçi Duje Bakoviçlə kosta-rikalı hücumçu Uinston Parks zədədən əziyyət çəkdilər. Əzimov Bakoviçin probleminin arxada qaldığını və məşqlərdə iştirak etdiyini bildirib: “Parksa gəlincə, bildiyiniz kimi, onu “Neftçi” ilə Azərbaycan kubokunun final oyununda zədə üzündən əvəzləməli olduq. Futbolçu ilə telefon danışığımız olub. Özünün dediyinə görə, vətənində müalicə olunmaqla yanaşı, fərdi məşq edir, artıq çəki problemi yoxdur. İnanırıq ki, yaxın vaxtda yüz faiz hazır olacaq. Parks Qəbələdəki hazırlığımız başlayanda sıralarımızda olacaq. Digər əcnəbi hücumçumuz - ispaniyalı Koke isə yaxın günlərdə qayıdaraq, məşqlərimizə qatılacaq”.
Qeyd edək ki, “Bakı” paytaxtdakı hazırlığını başa vurandan sonra gələn həftə məşqlərini Qəbələdə davam etdirəcək.

0
0