Bakıdakı dünya çempionatının açılış və bağlanış stadionları müəyyənləşib
07.06.2012 - 13:35
Tofiq Bəhramov adına Respublika stadionunun yenidənqurmadan sonra açılış mərasimi iyulun ikinci ongünlüyündə keçiriləcək. Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.
O bildirib ki, açılış mərasimində Azərbaycanın idman rəsmilərinin iştirakı nəzərdə tutulub. Lakin hər hansı komandanın tədbirə dəvət olunması gözlənilmir. İsmayılovun sözlərinə görə, istifadəyə verildikdən sonra meydanın ot örtüyünün bərkiməsi üçün zamana ehtiyac var. Bu səbəbdən, iyulda heç bir komandamız Avropa kuboklarındakı oyunlarını mərkəzi arenada keçirməyəcək. Bu, avqustdan tez mümkün olmayacaq: “Açığı, indiyədək heç bir klubumuz nəinki avrokubok, heç Premyer Liqadakı ev oyunlarını Respublika stadionunda keçirməyə dair müqavilə imzalamayıb. Ona görə də bu məsələyə hələ aydınlıq gəlməyib”.
Bu il Respublika stadionunda ən böyük tədbirlər 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlı olacaq. Direktor yalnız çempionatın açılış və bağlanış mərasimlərinin mərkəzi arenada təşkilinin nəzərdə tutulduğunu bildirib. Bu isə o deməkdir ki, mərasimlərdən əlavə, sentyabrın 22-də Azərbaycan milli komandasının iştirakı ilə açılış matçı və oktyabrın 13-də final görüşü Respublika stadionunda baş tutacaq. İsmayılovun sözlərinə görə, dünya çempionatınadək bir neçə oyun mərkəzi arenada keçirilə bilər. Amma hələ Azərbaycanın kişilərdən ibarət yığmasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi İsraili hansı stadionda qəbul edəcəyi məlum deyil. Amma tarix məlumdur: qarşılaşma sentyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda yenidənqurma işlərinə 2011-ci ilin noyabrından başlanılıb. Təmir nəticəsində arenanın ot örtüyü yenisi ilə əvəzlənəcək, üstü isə bağlanacaq.

0
0