“Bakı”nın sabiq futbolçusu Azərbaycan klublarından çəkinmir
07.06.2012 - 13:45
“Bakı”nın sabiq futbolçusu Azərbaycan klublarından çəkinmir
Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan klublarının potensial rəqiblərindən olan Makedoniya çempionatının gümüş mükafatçısı “Metallurq” turnirə hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə “Bakı”nın formasını geyinmiş Georgi Xristov baş məşqçi kimi sabiq komandası ilə görüşməkdən çəkinmir.

Mərhələ keçmək iddiasını açıqlayan Xristov bunun üçün bir sıra transferləri gerçəkləşdirmək niyyətindədir. Onun ilk gözaltılarından biri isə vaxtilə “MKT-Araz”dakı oyunu ilə diqqət çəkən Zoran Baldovaliyevdir.

Xristov yaxşı transferlər hesabına mərhələ keçmək istədiklərini gizlətmir. Lakin bunun üçün “Metallurq” Azərbaycan təmsilçiləri “Bakı”, “Xəzər Lənkəran” və “İnter”lə mümkün olan qarşılaşmadan qalib ayrılmalıdır.

Qeyd edək ki, “Metallurq” 2010/11 mövsümündə Avropa Liqasında digər təmsilçimiz “Qarabağ”a uduzmuşdu – 1:4, 1:1.