“Rusiya yığması ilə oyunda müsbət nəticə əldə biləcəyik”
07.06.2012 - 15:06
“Uğurlu start həmişə vacibdir. Hesab edirəm ki, buna Rusiya yığması ilə matçda nail olub, müsbət nəticə edə biləcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Çexiya milli komandasının baş məşqçisi Mihal Bilek deyib. Avropa çempionatının final mərhələsinin ilk turunda sabah Rusiya yığması ilə üzləşəcək çexlər uğurlu start götürmək istəyir.
Bilek komandasının starta yaxşı hazır olmağına inandığını bildirib: “Komandamız sakitdir və bu, vacib rol oynayacaq. Ola bilsin ki, start matçında güclü rəqib və qrupun favoriti ilə görüşəcəyik. Rusiya yığması son yoxlama oyununda İtaliyaya 3:0 hesabı ilə qalib gəldi. Bu, böyük hörmətə layiqdir. Ancaq mən öz yetirmələrimə və onun uğurlarına inanıram. Bizə elə də çox şans vermirlər. Mənə elə gəlir ki, bu, işimizə yaraya bilər. Axı dediyim kimi, komanda seçmə mərhələnin sonunda sabitləşdi. Biz onu 2,5 ildir qururuq. İndi o, formalaşıb və mübarizəyə hazırdır”.
«

0
0