“Onlardan qorxmamalıyıq”
07.06.2012 - 15:30
“Onlardan qorxmamalıyıq”
“Qrup mərhələsinin hər 3 oyununa eyni vaxtda hazırlaşası deyilik. Bunu ardıcıllıqla edəcəyik. İndi yalnız Polşa ilə ilk turun matçını düşünürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis sabah start götürəcək Avropa çempionatının final mərhələsinin Polşa ilə açılış oyunu haqda fikirlərini açıqlayıb: “Qalib gəlmək üçün rəqibə yuxarıdan aşağı baxmamalı, həm də onlardan qorxmamalıyıq. Futbolçularımdan da bunu istəyirəm. Onlar meydana çıxıb öz işlərini görməlidir. Eyni zamanda onlar kimə qarşı oynadıqlarını dərk etməlidirlər”.

Santuş ilk oyundakı rəqibin gücü haqda da danışıb: “Polşa yığması yüksək səviyyəli futbolçulara malik komandadır. Onlardan 3-nün az əvvəl Bundesliqa çempionu olması çox şeydən xəbər verir. Üstəlik meydan sahiblərinə azarkeş amili də kömək edir. İlk oyunumuzu da meydan sahibinə qarşı keçiririk. Giorgios Karaqunis və Kostas Katsuranisin təcrübəsinə və bunu yoldaşları ilə bölüşəcəyinə ümid edirik. Rəqibin aqressiv oynayacağını da nəzərə almalıyıq”.