“Həmin 3 legionerin transferini həll olunmuş sayıram” – MÜSAHİBƏ
07.06.2012 - 15:54
“Qəbələ”nin türkiyəli baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi
- Yeni transferlərlə bağlı işləriniz necə gedir?
- Yaxşı. Bildiyiniz kimi, 2 yerli futbolçu almağı nəzərdə tutmuşduq və müdafiəçi Şəhriyar Xəlilovla yarımmüdafiəçi Rəşad Abdullayevin keçidini bitirdik. Qalıb 4 futbolçu ki, onların transferini həll etməyə çalışırıq. Danışıqlar gedir və onun nəticəsini gözləyirik.
- Bununla transferləri bitirəcəksiniz?
- Bəli. Mövsümlərarası fasilədə 6 futbolçu almağı planlaşdırmışıq. Bunlardan 4-ü legioner olacaq. Hər hansı yaramazlıq olmasa, bununla transfer çalışmalarımızı bitirəcəyik.
- Danışıqlar apardığınız legioner “Qəbələ”yə keçidə razıdırlar?
- Bəli. Onların məsələsinin həllinə çox az qalıb. Sadəcə, bəzi problemlər var ki, onun yoluna qoyulmağını gözləyirik.
- Konkret nələrin?
- 3 oyunçunun özləri ilə tam razılıq əldə olunub. Ancaq bəzi məsələlər qaldığından, artıq bizim futbolçular olduqlarını yüzdə yüz deyə bilmirik. Birinin ailəsində sağlıq problemləri var, o birinin klubu ilə müqaviləsi olduğundan, sərbəst futbolçu olmağa çalışır. Digərinin isə keçidini 90 faiz həll etmişik. Həmin bu 3 legionerin transferini həll olunmuş kimi görürəm.
- Bəs 4-cü legionerin?
- Onunla maddi məsələlərdə hələ anlaşmadığımızdan, keçidi açıq qalır.
- Birdən onunla razılaşa bilməsəniz, alternativiniz varmı?
- Var. Ancaq mən həmin legionerin komandamıza keçidini çox istədiyimdən, onun üzərində dayanmışıq.
- Pavel Doroşevin gedişindən sonra sizə əsas qapıçı lazımdır. O, hansı legionerlər arasındadır?
- Sonuncu maddi məsələlərlə bağlı nəzərdə tutduğum futbolçu qapıçı deyil. Qapıçı komandamızda oynamağa razılığını verən legionerlərdən biridir. Onun məsələsini həll edəndən sonra sərəncamımıza 3 qapıçı olacaq. Digər 2-si yerli qapıçılardır ki, ötən mövsümdə “Qəbələ”də oynayan Elnar Kərimova “Turan”da icarəsi bitərək, sıralarımıza qayıdan Anar Nəzirov qoşulacaq. Bildiyiniz kimi, bizə yarımmüdafiəni çıxsaq, digər mövqelərə yeni futbolçular lazımdır. Onların keçidi bir-iki günə həll olunmalıdır və bundan sonra rəsmi məlumat verəcəyik.
- Həmin legionerlər arasında tanınmışlar, “transfer bombaları” gözlənilirmi?
- (gülür) Onlar öz oyunları ilə “transfer bombaları” olacaqlar. Mən deyə bilmərəm ki, onların adları futbolsevərlərimiz üçün nə qədər tanınmışdır. Əsas bizə faydalı olmalarıdır. Necə ki, ötən mövsüm aldığımız Dodo, Yannik Kamanan ilk gələndə elə də tanınmış deyildilər. Ancaq çox keçməmiş göstərdikləri oyunları ilə necə səviyyəli legionerlər olduqlarını nümayiş etdirdilər. İstəyirik ki, transferlərinə çalışdığımız legionerlər də belə futbolçular olaraq, yaxşı qarşılansınlar.
- İcarəyə verməyə planlaşdırdığınız başqa futbolçular varmı?
- Yox. Bildiyiniz kimi, gənc Tərzin Cahangirovla Nuran Qurbanovu icarəyə verəcəyimizi açıqlamışıq. Digərləri isə yaşları daha azdır və onların icarəyə verilməyi məqsədəuyğun deyil. Onları özümüzdə saxlayacağıq.
- Hollandiyalı müdafiəçi Stiv Olferslə yeni müqavilə imzalanmağı məsələsi nə yerdədir?
- Danışıqlar davam edirəm. İnanıram ki, onunla yeni anlaşma ilə bağlı razılığa gələcəyik. Ancaq məsələ hələ tam həllini tapmayıb.
Mehman SÜLEYMANOV

0
0