“Bu, “Qəbələ”nin adına yaraşan bir turnir oldu”
07.06.2012 - 16:55
“Bu, “Qəbələ”nin adına yaraşan bir turnir oldu”
“Qəbələdəki beynəlxalq turniri izləyə bilməsəm də, oyunların nəticələri haqda məlumatlıyam. Bilirəm ki, yaxşı bir yarış keçirilib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib. Qəbələdə keçirilən 15 yaşlılardan ibarət komandalar arasında I Qəbələ Kubokunun qalibi “Qalatasaray” oldu.

Kavlakın türkiyəli olduğunu nəzərə alsaq, həmyerlilərinin uğurunu daha çox sevindiyini demək olar: “Əlbəttə, “Qalatasaray”ın qalibi olmağı məni sevindirdi. Bu nəticə daha yaxşı oldu. Ümumiyyətlə, turnirin yüksək səviyyədə keçməyi sevindiricidir. Bu, “Qəbələ”nin adına yarışa bir yarış oldu”.

O, “Qalatasaray”ın uşaq futboluna böyük diqqət göstərdiyini qeyd edib: “Əslində, bu, hər zaman belə olub və klub onun nəticəsini görür. Yetirmələri əsas komandaya düşməklə, diqqət çəkir. “Qəbələ” də bu yolun yolçusudur. Ancaq “Qalatasaray” indiyə kimi uzun yol keçdiyindən, klubumuza da bu uzun müddətli planları həyata keçirmək üçün vaxt lazımdır”.

Mehman SÜLEYMANOV