Cavid İmamverdiyev: “Antalyaspor” məni istəyir
07.06.2012 - 23:00
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Cavid İmamverdiyev karyerasını Türkiyədə davam etdirə bilər. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib. O bildirib ki, Antalya təmsilçisinin nümayəndələri onunla əlaqə saxlayıb: “Antalyaspor”dan və I liqanın bir neçə komandasından təklif var. Antalya təmsilçisinin nümayəndələri birbaşa mənimlə əlaqə saxlayıblar. Amma necə olacağını deyə bilmərəm”.
0
0