Berti Foqts: Yığmadan nə vaxt gedəcəyimi deyə bilmərəm - MÜSAHİBƏ
08.06.2012 - 09:02
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis əsasən uzun illər şərəfini qoruduğu Mönhenqladbax “Borussiya”sından danışsa da, sonda millimizdən də söz açıb.
- Uzun illər şərəfini qoruduğunuz Mönhenqladbax “Borussiya”sı Çempionlar Liqasında oynayacaq. Sabiq komandanızı belə məsul yarışda uğursuzluq gözləyir?
- Əlbəttə ki. Mən buna əminəm.
- Niyə?
- Çünki İngiltərə, İspaniya, İtaliya, hətta Fransa klubları daha yüksək səviyyəyə malikdir. Çempionlar Liqasına düşməyinə baxmayaraq, “Borussiya”da bu səviyyə yüksək deyil.
- Komandanın ən ağrılı yeri hansıdır?
- Çətin ki, Dortmund “Borussiya”sına gedən Marko Reusu layiqincə əvəzləyən tapılsın. Üstəlik, Roman Neuştadter də böyük itkidir.
- Komandanın baş məşqçisi Lüsyen Favrı necə dəyərləndirirsiniz?
- Onun etdikləri möcüzədir. Mən ona inanıram. Favr əla komanda da yarada bilib.
- Lakin Favrın “Bavariya”ya getmək məsələsi var...
- O, “Borussiya”nın baş məşqçisidir! İnanıram ki, onunla müqavilə uzadılacaq.
- Sizin AFFA ilə müqaviləniz 2014-cü ilə qədərdir. Sizin Azərbaycanda çox qalmaq fikriniz var?
- Dəqiq tarix deyə bilmərəm. Lakin bir şeyi deyə bilərəm ki, orada çalışdığım müddət mənim üçün həddən çox olarsa, gedərəm.

0
0