“Rəvan” klubu baş məşqçisini istefaya göndərdi
08.06.2012 - 11:24
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm 2 müxtəlif vaxtda komandanın “sükanı arxası”nda olan çalışdırıcı vəzifəsindən kənarlaşdırılıb. Həsənovu əcnəbi mütəxəssis əvəzləyəcək. Onun türkiyəli çalışdırıcı olacağı gözlənilir.
Qeyd edək ki, Həsənov “Rəvan”ın ötən mövsüm debüt etdiyi Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşdü.
Qeyd edək ki, Həsənov “Rəvan”ın ötən mövsüm debüt etdiyi Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşdü.
0
0