“Azərbaycanlılar Xorvatiyada klub almaq istəyirlər” - MÜSAHİBƏ
08.06.2012 - 12:06
“Azərbaycanlılar Xorvatiyada klub almaq istəyirlər” - MÜSAHİBƏ
Xorvatiyalı futbol veteranı İvitsa Piriç vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Split” klubunun kapitanı olmuş 35 yaşlı Piriç həmkarlarımızın suallarını Azərbaycandan cavablandırıb. Belə ki, ötən ilin yayında karyerasını başa vuran xorvatiyalı menecer fəaliyyəti ilə bağlı Bakıda iş görür.

- Ukraynada Avro-2012 həyəcanı necə hiss olunur?
- Mən Ukraynada deyil, Azərbaycandayam.

- Avroviziya müsabiqəsi başa çatıb axı. Niyə hələ ordasınız?
- Transfer bazarı genişlənir də.

- Bir müddət Ukraynaya oyunçu aparırdınız, indi niyə Azərbaycana üz tutmusunuz?
- Azərbaycanda xorvat futbolçu və məşqçilərə maraq böyükdür. Bu da bizim üçün böyük bazarın qapılarını açır. Elə bir bazar ki, ora çox nəhəngdir. Azərbaycan Ukraynanın 10 il əvvəlki vəziyyətini xatırladır. Onların Avropadan futbolçu gətirmək istəyi böyükdür. “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” kimi klubları var.

- Hansı mənada?
- Bilirsiniz ki, “Hayduk” Xorvatiya futbolunun tarixidir. Azərbaycanda bəzi adamlarla danışdım. Onlar əməkdaşlıqda maraqlıdır. İlk növbədə futbolçu almaq istəyirlər. Sonra isə kluba sponsorluq, hətta klub almaq barədə düşünürlər.

- Bu danışıqlarda konkret nə isə varmı?
- Hazırda bir sıra oyunçuları və məşqçiləri müzakirə etmişik.