“Öz şansımızdan ikiəlli yapışmağa çalışacağıq”
08.06.2012 - 14:08
“Öz şansımızdan ikiəlli yapışmağa çalışacağıq”
“Avropa çempionatının ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Hollandiya yığması favoritdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Danimarka milli komandasının baş məşqçisi Morten Olsen deyib.

O, bu gün start götürəcək AVRO-2012-nin sabah keçiriləcək Hollandiya ilə oyunu haqda fikirlərini açıqlayıb: “Lakin bu, o demək deyil ki, ağ bayraq qaldırıb, heç bir şansımızın olmağını düşünəcəyik. Əksinə öz şansımızdan ikiəlli yapışmağa çalışacağıq. Bunun üçün yaxşı oynamalıyıq və bir az da bəxtimiz olmalıdır. Hollandiya ilə qarşılaşmada bəxt daha çox lazımdır, nəinki digər oyunlarımızda. İki il əvvəl bu rəqiblə oynamışıq. Onların heyəti çox dəyişməyib. Bu isə o deməkdir ki, onları tanıyırıq”.