“Sumqayıt”ın 1 nömrəsi bəlli oldu - FOTO
08.06.2012 - 14:51
“Sumqayıt”ın 1 nömrəsi bəlli oldu - FOTO
“Sumqayıt” növbəti transferini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov və Fərid Quliyevi heyətinə qatan “Gənclik şəhəri”nin təmsilçisi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin əsas qapıçısı Səlahət Ağayevlə anlaşıb.

O, 2012/2013 mövsümünü icarə əsasında bu klubda keçirəcək. Son olaraq “İnter”də çıxış etmiş 21 yaşlı qolkiper “Sumqayıt”da 1 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, Ağayev 2011/2012 mövsümündə “İnter”in heyətində Premyer Liqada 3 qarşılaşmada forma geyinib.