“Ümidləri doğruldub, bu klubu yüksək pillələrə daşıyarıq”
08.06.2012 - 15:09
“Ümidləri doğruldub, bu klubu yüksək pillələrə daşıyarıq”
“Ötən mövsümün sonunda “İnter”in rəhbərliyi ilə danışığım olmuşdu. Hazırda 21 yaşındayam və daimi oynaya biləcəyim bir kluba keçmək istəyirdim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin (U-21) qapıçısı Səlahət Ağayev deyib.

21 yaşlı qapı qoruyucusu “Sumqayıt”a keçidinə münasibət bildirib. Son mövsümün autsayderinin rəsmi saytına açıqlama verən Ağayev “İnter”ə təşəkkür edib: “Paytaxt klubunun rəhbərliyinə minnətdaram ki, məni başqa komandaya buraxmağa razılıq verdi. Sumqayıt böyük futbol ənənələri olan şəhərdir. “Sumqayıt” rəhbərliyindən təklif alan kimi danışıqlara başladım. Gənclərdən qurulmuş bir komandada çıxış etmək mənim üçün çox xoş olacaq. İnşallah, ümidləri doğruldub bu klubu yüksək pillələrə daşıyarıq. “Sumqayıt” növbəti mövsüm daha yüksək yerlər uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, “İnter” Səlahəti “Sumqayıt”a 1 illik icarəyə verib.