Amit Quluzadə: İslandiya yığmasını “sürüdük”
08.06.2012 - 16:57
“Norveçlə Bakıdakı görüşdə yaxşı oynasaq da, uduzmuşduq. Ancaq səfərdə evdəki kimi oynaya bilmədik. Qalib gəlmək istəsək də, alınmadı. Rəqib yaxşı oyunla layiqli qələbə qazandı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının (U-21) futbolçusu Amit Quluzadə deyib.
Almaniyalı Bernard Lippertin baş məşqçisi olduğu komandamız Avropa çempionatının seçmə mərhələsində son 2 oyununu Skandinaviyada keçirdi. Belə ki, Norveçə 0:1 hesabı ilə uduzan millimiz İslandiya üzərində əzmkar qələbə qazandı – 2:1.
Amit İslandiya ilə oyunda layiqli qələbə qazandıqlarını bildirib: “Düzdür, hələ ilk hissədə qol buraxdıq. Ancaq buna baxmayaraq, II hissədə tam üstünlüyə malik idik. 3-4 qol imkanımız olsa da, vura bilmədik. Futbolçularımız sağ olsun, özlərində güc tapıb, oyunun axarını dəyişə bildilər. Fasilədən sonra rəqibi meydanda demək olar “sürümüşdülər”.
Quluzadə İslandiyadakı matçı buraxdı ki, buna da səbəb Norveçlə oyunda aldığı sarı vərəqə ucbatından cəzalı duruma düşməyi idi: “Mən də meydanda olub, komandaya kömək etmək istəyirdim. Ancaq cəzalı olduğumdan, bu imkana malik deyildim. Belə olan halda, yalnız mənəvi cəhətdən dəstək verməli oldum. Onlar da əllərindən gələni edib, layiqli qələbə qazandılar. Artıq yığmamızın 7 xalı var. İslandiya növbəti oyunda qalib gəlsə belə, 6 xalı olacaq və bizə çata bilməyəcək”.
Mehman SÜLEYMANOV

0
0