Millimizin müdafiəçisi “İnter”ə keçir
08.06.2012 - 23:02
Millimizin müdafiəçisi “İnter”ə keçir
Heyətini gücləndirməyə çalışan “İnter” yığmamızın daha bir üzvünü heyətinə qatır. Apasport.az saytının xəbərinə görə, 21 yaşadək futbolçulardan ibarət millinin formasını geyinən Ruslan Tağızadə “bankirlər”in maraq dairəsinə düşüb.

Artıq futbolçu ilə ilkin razılıq əldə edilib. O, qarşıdakı bir il ərzində “İnter”in formasını geyinəcək. Müdafiəçi komandaya “İnter” Bakıya döndükdən sonra qoşulacaq.