İvitsa Piriç AZAL-a futbolçu gətirib
08.06.2012 - 23:05
“Seleksiyaya dəvət etdiyimiz futbolçular postsovet ölkələrindən və Afrika qitəsindən olacaq. Onların hamısını menecerlər gətirəcəklər”. Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Yeni mövsümə iddialı heyət formalaşdırmağa çalışan paytaxt təmsilçisi iyunun 11-dən seleksiya xarakterli məşqlərə start verəcək. Baş məşqçinin sözlərinə görə, hazırlıq prosesində 15-16 legioner nəyə qadir olduğunu göstərəcək.
“Bəziləri ayın 11-də, bir qismi viza ilə əlaqədar 13-də gələcək. Təxminən 15-16 futbolçudur. Seleksiya xarakterli toplanışı bir həftə əvvəldən keçirməkdə məqsədimiz budur ki, sonrakı işimizə maneçilik yaratmasın. Ukraynadan Latviyadan, Slovakiyadan, Albaniyadan, Xorvatiyadan, Serbiyadan, Misirdən, eləcə də Tailandda gələcək bir braziliyalı futbolçunun yolunu gözləyirik” – deyə, Sadıqov bildirib.
Yalnız legionerlərlə kifayətlənməyəcəklərini deyən Sadıqovun sözlərinə görə, əvəzedici komandadan heyətə 8 futbolçu qatılacaq. Elə I divizionda mübarizə aparan futbolçulardan bir neçəsi də toplanışa dəvət olunacaq.
Ölkəmizdə olan xorvatiyalı futbol meneceri İvitsa Piriç bir neçə kluba futbolçu təklif edib. AZAL-ın baş məşqçisi onlara da belə oyunçunun təklif edildiyini gizlətməyib: “O da bizə futbolçu təklif edib. Ancaq biz tək Piriçlə işləmirik. Başqa menecerlər vasitəsilə də oyunçular gələcək”.

0
0