“Nə İngiltərədən, nə də Fransadan qorxuram”
08.06.2012 - 23:11
“Nə İngiltərədən, nə də Fransadan qorxuram”
İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Avro-2012-dəki rəqibləri haqda fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, o, iddialı açıqlamalar verərək artıq Avropada öz sözlərini deməyinin zamanının yetişdiyini söyləyib: "Biz təslim olmamalı, əksinə, özümüzü məhz favorit kimi görməliyik. Mən İngiltərə yığmasıyla oyunda Terriylə qarşılaşmağı çox gözləyirəm. Bu turnirdə göstərmək istəyirəm ki, nəyə qadirəm. Mən bizimlə qrupda yer alan nə İngiltərədən, nə də Fransadan qorxuram. Hər iki milli bu gün medianın təzyiqi altındadı. İsveçdən isə Avro-2012-də heç nə gözləmirlər".