Daha bir türk “Atletiko”nun hədəfində
08.06.2012 - 23:15
Daha bir türk “Atletiko”nun hədəfində
Arda Turan və Əmrə Belözoğlunu transfer edən "Atletiko" daha bir türk futbolçuya "elçi" düşüb. Apasport.az saytının xəbərinə görə, Madrid təmsilçisi "Trabzonspor"un hücumçusu Burak Yılmazı heyətinə qatmağı planlaşdırır.

"Atletiko"nun idman direktoru Kaminero da Burakı transfer etmək istədiklərini bildirib. Lakin "Trabzonspor"un bu transfer üçün 5,5 milyon avro tələb etməsi "Atletiko"nun işini çətinə salır.

Qeyd edək ki, Burakla "Atletiko" ilə yanaşı, son Almaniya çempionu "Borussiya" (Dortmund) da yaxından maraqlanır.