Falkao “Barselona”ya keçə bilər
09.06.2012 - 00:38
“Barselona” heyətini “Atletiko”nun hücumçusu Radamel Falkao ilə gücləndirmək istəyir. Apasport.az saytının xəbərinə görə, artıq Kataloniya klubunun idman direktoru Andoni Zubizarretta bu keçid barədə Madrid klubundakı həmkarı Xose Luis Kaminero ilə danışıqlar aparıb. Lakin “Barselona” “Atletiko” ilə 2016-cı ilə qədər anlaşması olan 26 yaşlı futbolçunu almaq üçün “Real”, “Çelsi”, “Mançester Siti” və “İnter”lə rəqabətdən qalib ayrılmalıdır.
Kolumbiya yığmasının da formasını geyinən Falkao “Atletiko”ya 2011-ci ildə 40 milyon avro qarşılığında “Portu”dan transfer olunub. O, başa çatan mövsümdə La Liqada 34 oyunda 24, Avropa Liqasında isə 15 oyunda 12 qol vurub.

0
0