“Biz rusiyalı futbolçuların arxasınca çatdırmırdıq”
09.06.2012 - 09:51
“Startdakı nəticəyə görə məyusam. Yığmamız oyunun əvvəlində pis oynamadı, ilk 15 dəqiqədə təşəbbüsə malik idi. İlk hissədə hansısa anda 2 səhv buraxdıq ki, Rusiya yığması buna görə bizi cəzalandırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Çexiya millisinin baş məşqçisi Mihal Bilek deyib. Avropa çempionatına final mərhələsinə 1:4 hesablı məğlubiyyətlə başlayan çexlərin çalışdırıcısı ümumilikdə pis oynadıqlarını bildirib: “Rus hücumçulara topla çox davranmağa imkan vermirdik. Bu, bizdə alındı, qol vurduq. Ancaq daha bir qol vurmağa gücümüz çatmadı. Rusiya yığması çox güclü komandadır. Xüsusilə yarımmüdafiə xətti seçilir. Biz rusların arxasınca çatdırmırdıq. Onlar sürətli futbol, 1-2 ötürmə ilə oynayır”.
Bilek əsas hücumçuları Milan Baroşun azarkeşlər tərəfindən fitə basılmağını pisləyib: “Bu, bizim azarkeşlər tərəfindən düzgün hərəkət deyildi. Baroş müəyyən müddət buraxdı, pis oynamadı. Rusiya yığması A qrupunun favoritidir. Ancaq bizim hələ 2 matçımız var ki, onlarda hər şeyi düzəldə bilərik. İndi növbəti oyunlarda qalib gəlməyə çalışacağıq”.

0
0