AVRO-2012-nin ilk qolunun müəllifi tarixə düşdü
09.06.2012 - 10:29
2012-ci il Avropa çempionatının final mərhələsinin ilk qolunun müəllifi olan Polşa yığmasının futbolçusu Robert Levandovski tarixə düşdü. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının hücumçusu Yunanıstan millisi ilə 1:1 hesabı ilə bərabərliyə qaldıqları açılış oyununun 17-ci dəqiqəsində qol vurmaqla, turnirin tarixində ilk qolu erkən vuran 3-cü futbolçu oldu.
Levandovskiyədək Milan Qaliçlə Qiorqus Karaqunis daha tez fərqlənə bilib. Milan ilk AÇ-də - 1960-cı ildə Yuqoslaviya yığmasının heyətində Fransaya 5:4 hesabı ilə qalib gəldikləri matçda 11-ci dəqiqədə rəqib qapısına yol tapıb. Karaqunis isə 8 il öncə turnirin qalibi olduqları zamanı Portuqaliya yığmasını 2:1 hesabı ilə yendikləri açılış oyununun 2-ci dəqiqəsində qol vurmağı bacarmışdı. Onun rekordu hələ ki əlçatmazdır. Maraqlıdır ki, Robertin fərqləndiyi oyunda Karaqunis iştirak edərək, yığmasının kapitanı idi.

0
0