“Xəzər Lənkəran” hollandiyalı hücumçunu geri qaytardı
09.06.2012 - 10:59
“Xəzər Lənkəran” hollandiyalı hücumçunu geri qaytardı
Avstriyada hazırlığını davam etdirən “Xəzər Lənkəran” baxışdan keçirdiyi 2 legionerdən birini geri qaytarıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı hücumçu Yason Oost lənkəranlılara lazım olmayıb. Hollandiyanın yüksək liqasından gələn Yasonun səviyyəsi cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynovu qane etməyib.

Oostla birgə gələn yaponiyalı hücuma meylli yarımmüdafiəçi Sayto Yesuke isə baxışdan keçməkdə davam edir. 24 yaşlı legioner Latviyanın “Qulbene” klubundan gəlib. O, bu ilin ilk yarısında oynadığı bu komandada 11 oyunda 8 qol vurub. Bunadək karyerası vətənində müxtəlif klublarına bağlı olan yaponiyalı ötən il Sinqapurun “Albireks Niiqata” klubuna icarəyə verilib. Onun Yaponiya eyniadlı təmsilçisinin farm-klubunda çıxışı uğurlu alınır. Belə ki, Sayto Liqa kubokunun qalibi, ölkə kubokunun finalçısı olur.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın istirahətdə olan milli üzvləri – Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Branimir Subaşiç artıq Avstriyada komandanın hazırlığına qatılıblar. Cənublular ilk yoxlama oyununu iyunun 15-də Almaniyanın aşağı divizion təmsilçisi ilə keçirməyi planlaşdırır.