“Mənim komandam gözəl oyun göstərməyə çalışacaq”
09.06.2012 - 12:47
“Mənim komandam gözəl oyun göstərməyə çalışacaq”
“Mənim komandam Avropa çempionatında gözəl oyun göstərməyə çalışacaq. Meydana elə heyət buraxmaq istəyirəm ki, onlar rəqibin gücündən asılı olmayaraq, ilk dəqiqələrdən sona kimi necə komanda oyununu göstərməli olduqlarını bilirlər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli deyib. Dörd dəfə dünya çempionu olan bu milli uzun müddətdir Avropada 1-ci ola bilmir.

Heyətdə böyük islahatlar edərək, yeni komanda quran Prandelli nəticə ilə yanaşı, baxımlı oyuna üstünlük verir: “Biz yüksəlişdə və zədə planında enişdə olduq. Ancaq indi ən yaxşı edə biləcəyimiz şeyə qayıtmaq istəyirik. Biz gözəl futbol nümayiş etdirən komanda olmaq istəyirik. Avropa çempionatına çıxmaq məqsədimiz idi. Ancaq biz bunun necə baş vermədiyindən daha çox razı qaldıq. Heç kim belə yüksək səviyyədə oynayacağımızı gözləmirdi. Həmin vaxtdan zədə ilə bağlı bəzi problemlərimiz vardı. Bu zaman yaxşı oynayıb, turnirə ciddi iddia edə bilməyimizlə bağlı şübhə yarandı. Açığı, mənə maraqlıdır ki, bu çempionatda nəsə etmək üçün komandamız yetərincə yaxşıdır?”.

Qeyd edək ki, İtaliya yığması yer aldığı C qrupunda ilk turda sabah son Avropa çempionu İspaniya millisi ilə üzləşəcək.