Covanni Trapattoni: İrlandiya yığması hamını təəccübləndirə bilər
09.06.2012 - 13:35
“Bizə Avropa çempionatında ən çətin qrup düşdü. İspaniya və İtaliya yığmaları ilə oynamalı olacağıq. Özü də qrupda sonuncu, həlledici matç məhz həmyerlilərimlədir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İrlandiya millisinin baş məşqçisi Covanni Trapattoni deyib. Avropa çempionatının final mərhələsinə sabah Xorvatiya yığması ilə oyunla başlayacaq irlandiyalılar qrupunun autsayderi sayılır.
İspaniya yığmasından danışanda, ilk növbədə gözü önünə “Barselona”nın oyunu gələn Trapattoni birinci rəqibinə də qiymət verib: “Xorvatiya yığması hər şeyə qadirdir. O, Yuqoslaviya yığması olan dövrdən güclü idi. Əla texnikaları var, ağılları qanlarında, genlərindədir. Ancaq sabitlik çatmır. Hərçənd, keçmişlə müqayisədə təcrübələri çoxdur”.
Danimarka yığmasının 1992-ci ildə sürpriz Avropa çempionluğunu xatırladan təcrübəli mütəxəssis kimin qalib olacağının deməyin çətin olduğunu bildirib. Onun fikrincə, İrlandiya yığması da hamını təəccübləndirə bilər: “Komandamızda qürur, özünəinam var, texnika da pis deyil. Düzdür, futbolçularımız topla uzun müddətlə olmaq, uzun ötürmə vermək iqtidarında deyillər. Təəssüf ki, onların yeniyetmə yığmaları yoxdur. Gənclər dərhal böyüklərlə oynamağa başlayır. Ancaq qürurları çoxdur ki, bu cəhətdən italyanlara oxşayırlar. Robbi Kinimiz var, bizim Tottidir. Onun artıq 20 yaşı, çox gücü olmasa da, əvəzində ağlı, səviyyəsi var. Kin əla qollar vurur, meydanda özünü qurban verir. Biz onsuz bacarmarıq”.

0
0