Yaponiyalı futbolçunun tarixə düşməyi Yunis Hüseynovdan asılıdır
09.06.2012 - 15:52
“Xəzər Lənkəran”ın baxışdan keçirdiyi yaponiyalı futbolçu Seytu Yesuke Azərbaycan futbol tarixinə düşə bilər. Apasport.az saytının məlumatına görə, Latviyanın “Qulbene” klubundan gələn 24 yaşlı legionerin Lənkəran klubuna keçidi reallaşarsa, ölkəmizdə oynayan ilk yapon futbolçu olacaq. Bunun üçünsə komandanın baş məşqçisi Yunis Hüseynovun hücuma meylli yarımmüdafiəçini bəyənib, transferinə razılıq verməyi lazımdır.
Bu il 20 illik yubileyini qeyd milli çempionatımızda çoxlu ölkələrdən legionerlər çıxış etsə də, onlar arasında Yaponiyalı olmayıb. Hətta bu ölkədən hansısa komandamıza baxışa gələn futbolçuya da demək olar rast gəlməmişik. Ümumiyyətlə, Azərbaycanda oynamaq üçün Asiyadan az futbolçu gəlib ki, bunlar arasında “qıyıqgözlər” – cənubi koreyalılar vaxtilə Sumqayıtın “Gənclərbirliyi” klubunda olub.
Yaponiyalı futbolçular daha çox Avropanın yüksək səviyyəli komandalarına düşməyə can atırlar ki, onların səviyyəsini bu yaxında milli komandamızla yoldaşlıq görüşündə gördük. Belə ki, Yesukenin çıxış etmədiyi Yaponiya yığması evdəki sınaq matçında bizə yaxşı oyunla 2:0 hesabı ilə qalib gəldi. Həmin matçda iştirak edən 4 futbolçu – qapıçı Kamran Ağayev, müdafiəçi Elnur Allahverdiyev, yarımmüdafiəçi Rahid Əmirquliyev və milliləşdirilən serbiyalı hücumçu Branimir Subaşiç artıq istirahətdən qayıdaraq, “Xəzər Lənkəran”ın Avstriyadakı təlim-məşq toplanışında Seytu ilə birgə yer alıblar.
Qeyd edək ki, Subaşiç Yaponiyaya yaxın ölkə - Çində 2009-cu ildə 8 ay legioner həyatı yaşayaraq, icarədə olduğu “Çanqçun Yatay” klubunun heyətində çempionatının bürünc medalını qazanıb.
Mehman SÜLEYMANOV

0
0