Əli Gökdəmir: Qaçmasan, qaçırdacaqlar
09.06.2012 - 23:02
21 yaşadək futbolçulardan ibarət yığmamızın və Almaniyanın “Honnover-96” klubunun oyunçusu Əli Gökdəmirin apasport.az saytına müsahibəsi
- Klubunda işləriniz necə gedir?
- Çox şükür, hər şey qaydasındadır. “Hannover”lə müqaviləni daha bir il müddətinə uzatdım. Məşqləri əsas komandayla birgə edəcəm. Amma oyunlar zamanı ikinci komandanın düşərgəsində olacam. Qarşıdakı bir ildə nələrin olacağını görəcəyik.
- Əsas komandada sizə şans veriləcəkmi?
- Təbii ki. Həm də təlim-məşq toplanışında özünü necə göstərməyindən də çox şey asılıdır. Yəni, seçilsən baş məşqçi istər-istəməz şans verəcək. Bu da əsas komandaya yolumu aça bilər. İndi tətilə yollanıram.
- Tətilini harada və necə keçirəcəksiniz?
- Ailəmin yanına gedirəm. 4 aydır atamı görmürəm. Valideynlərim məndən 500-600 km aralıda yaşayırlar və hər gün gedib-gəlməyə vaxt olmur. Çünki həftədə 7 məşq keçirik. Təxminən bir həftə onlarla qalacam. Tətildə də boş oturmayacağıq. Hər gün məşq etməliyəm. Klubdan bizə fitnes planı verilib. Bizim həmin plana nə dərəcədə riayət edib-etmədiyimiz yoxlayacaqlar. Bunun üçün xüsusi saatlar var. Qaçarkən onu işə salırıq və nə qədər qaçdığımız cihazın yaddaşına həkk olunur. Kluba qayıtdıqdan sonra isə kompüter vasitəsilə yaddaşdakı göstəriciləri yoxlayırlar. Əgər istirahət zamanı verilən plana əməl etməsən, döndükdən sonra bunu sənə mütləq etdirəcəklər. Yəni məşqdən sonra əlavə qaçış yerinə yetirməli olursan ki, bu da çətinlik yaradır. Bir sözlə, sən qaçmasan belə, qaçırdacaqlar.
- Hansısa ölkədə dincəlməyə gedəcəksiniz?
- Nişanlımla bir həftəlik İtaliyaya getməyi düşünürəm.
- Yeri gəlmişkən, mövsümə U-21-in heyətində yekun vurdunuz. Sonuncu görüş olan İslandiya ilə duel haqda nə deyə bilərsiz?
- Mənim üçün çətin oyun oldu. Çünki burnum sınıb və buna rəğmən meydana çıxdım. Bu da normal nəfəs almağıma mane olurdu. Nəticədə meydanda 100 faiz gücümlə qaça bilmədim. Fiziki hazırlığım yerindədir. Lakin düzgün nəfəsə ala bilməyəndə var gücünlə oynaya bilmirsən. Əvəzləndikdən sonra komandamız yaxşı oynadı. Rəqibin heyətindən Aron Yohansson və Con Dadi Bodvarsson tez-tez cinahları dəyişirdilər ki, buna görə də müdafiəçilər üçün çətin oyun olduğunu söyləyə bilərəm.
- Bəs əməliyyat olunmağı düşünmürsüz?
- Mütləq olacaq. Əməliyyatı Almaniyada reallaşdıracağıq. Klubdakı hazırlığımız 3 həftədən sonra başlayacaq. Sadəcə, Norveç və İslandiya ilə matçlarda komanda yoldaşlarıma kömək etmək üçün bunu müvəqqəti təxirə saldım.
- Nəyin hesabına məğlub durumda olduğumuz oyunu lehimizə çevirdik?
- Fasilədə baş məşqçi rəqibdən üstün olduğumuzu və qələbə qazanacağımızı dedi. Əslində, I hissədə rəqibin cəmi bir şansı oldu. Oyundan əvvəl məşqçilər rəqibə standart vəziyyət verməməyimizi tapşırmışdılar. Çünki onların boyları bizdən bir baş üstün idi. Hava toplarında yaxşı idilər. Gördüyünüz kimi, qolu da standart vəziyyətdən vurdular.
- Mirhüsey Hüseynovun penaltini vura bilməməyi sizə necə təsir etdi?
- Əslində, penalti yaxşı vurulmuşdu, amma qapıçı düzgün oynadı. Biz də kapitanın arxasında durduq. Onun əhvalı pozulmasın deyə, hər kəs imkanından tam istifadə etdi. Bu hal hər futbolçunun başına gələ bilər.
- Komandanın qrup mərhələsindəki çıxışı barədə nə deyə bilərsiniz?
- Başlanğıcda pis deyildik. Bakıda Belçika ilə matçda hesabda 2:0 irəli olsaq da, bunu qoruya bilmədik. Halbuki tempi aşağı sala bilsəydik, istədiyimiz nəticəni əldə edəcəkdik. Səfərdə də onlara qarşı yaxşı oynadıq. Norveçə qarşı da pis oynamadıq, amma şanslarımızı dəyərləndirə bilmədik.
- U-21-lə yanaşı əsas yığmaya da dəvət edilirsiniz. Əsas komandaya konsantra ola bilmisinizmi?
- Berti Foqtsla söhbətimiz olmuşdu. Yaponiyadakı oyundan 2 gün əvvəl klubumun heyətində meydana çıxmışdım. Yaponlara qarşı istənilən səviyyədə oynaya bilməsəm də, səhvlərə də yol vermədim. O, razı qaldığını və Andorra ilə görüşdə də məni sınayacağını demişdi. 30 dəqiqə oynadım və novbəti hazırlığa dəvət edəcəyini bildirdi.

0
0