4-cü mövsümə 5-ci baş məşqçi ilə
09.06.2012 - 23:08
Bakının “Rəvan” klubunun yeni baş məşqçisi Cevat Gülər komandanın tarixinə 5-ci çalışdırıcı kimi düşüb. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssisə kimi “Rəvan”ın 3 mövsümdə 4 baş məşqçisi olub.
2009/10 mövsümündə I divizionda debüt edən klubu ilk oyuna Vaqif Hidayətov çıxarıb. Az sonra postunu Əfqan Talıbova verən çalışdırıcı sonradan yenidən baş məşqçi postuna qayıdıb.
2010/11 mövsümü ərzində isə “Rəvan”ı Vladislav Qədirov çalışdırıb. O, komandasını Premyer Liqaya yüksəltməyi bacarıb.
Premyer Liqadakı debüt – 2011/12 mövsümündə komandanın “sükanı arxasına” Bəhmən Həsənov keçib. Lakin mövsümün gedişində onu Vladislav Qədirov əvəzləyib. Az keçməmiş yenidən Həsənov baş məşqçi vəzifəsini geri təhvil alıb.
Az əvvəl Həsənovu əvəzləyən Gülərə qədər “Rəvan”ın 4 yerli baş məşqçisi olub. Bunlar Vaqif Hidayətov, Əfqan Talıbov. Vladislav Qədirov və Bəhmən Həsənovdur. Onların hamısının yerli çalışdırıcı olduğunu nəzərə alsaq 5-ci olan Gülər “Rəvan”ın ilk əcnəbi baş məşqçisi kimi də tarixə düşür.

0
0