Messi Braziliyaya da şou göstərdi
10.06.2012 - 09:15
Messi Braziliyaya da şou göstərdi
Dünyanın ən güclü yığmalarından olan Braziliya və Argentina milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Cənubi Amerikanın iki ən güclüsü ABŞ-da qüvvələrini sınayıblar.

Argentina yığmasının 4:3 hesabı ilə qalib gəldiyi oyun Lionel Mesinin şousu kimi diqqət çəkib. İspaniya “Barselona”sının ulduzu qarşılaşmada het-trikə imza atıb. Özü də argentinalılar son 2 qolu 1 dəqiqəyə vurmaqla əzmkar qələbə qazanıblar.

Argentina – Braziliya - 4:3
Romulo, 23, Oskar, 56, Xalk, 72 - Messi, 31, 34, 85, Fernandes, 85