Avropa çempionunun rəqibi müəyyənləşdi
10.06.2012 - 12:20
Avropa çempionunun rəqibi müəyyənləşdi
Gələn il keçiriləcək Konfederasiyalar kubokunun iştirakçılarından biri məlum olub. Apasport.az saytının məlumatına görə, Taiti yığması FİFA-nın keçirdiyi məsul yarışa vəsiqə qazanıb.

Ada təmsilçisi buna Okeaniya zonasının çempionu olmaqla nail olub. Məşhur kurort adasının yığması finalda Yeni Kaledoniya ilə qarşılaşıb. Oyunun taleyini Çonqun 11-ci dəqiqədə vurduğu yeganə qol həll edib.

Qeyd edək ki, hazırda Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinin qalibi də Konfederasiyalar kubokuna vəsiqə qazanacaq.