Ruslan Əmircanov da “Neftçi”də qalmaq istəmir
11.06.2012 - 10:07
Ruslan Əmircanov da “Neftçi”də qalmaq istəmir
Azərbaycan millisinin futbolçusu Ruslan Əmircanov klubunu dəyişir. Apasport.az saytının məlumatına görə, 27 yaşlı cinah müdafiəçisi son 3 ildə şərəfini qoruduğu “Neftçi” ilə yollarını ayırır.

Ruslanın karyerasını digər paytaxt təmsilçisi – “İnter”də davam etdirəcəyi gözlənilir. Belə ki, bu komandanın gürcü baş məşqçisi Kaxaber Sxadadze hələ “Standard”la birgə çalışdığı müdafiəçini yenidən sərəncamında görmək istəyir. Əmircanovun xidmətində digər sabiq baş məşqçisi Yunis Hüseynov da maraqlıdır. O, “Karvan”ı çalışdırdığı vaxtda Ruslanla birgə işləyib. Futbolçu yaxın günlərdə seçimini edəcək.

Qeyd edək ki, Ruslan ötən mövsüm əsas heyətində yerini möhkəmlətdiyi “Neftçi”də ardıcıl 2 il çempion olub.