“Vilyareal”ın kəşfi Azərbaycanda oynamaqdan imtina etdi
11.06.2012 - 10:32
Kamerunlu futbolçu Serj Nqal Azərbaycanda oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu ölkəmizdən təklif alsa da, Portuqaliyada oynamağa qərar verib.
İspaniya “Vilyareal”ının Afrikada tapıb üzə çıxardığı Nqal 1 illik fasilədən sonra yenidən Avropaya qayıdır. Fransada “Brest”, Portuqaliyada “Uniao Leriya”, Finlandiyada “İnter”, İspaniyada “Tarraqona” klublarında oynamış kamerunlu son bir ili Əlcəzairin “Alger” komandasında keçirib.
Bu dəfə Portuqaliyanın “Akademika” komandasına keçən Nqal digər təkliflərdən imtina etdiyini bildirib: “Fransanın 2-ci dəstəsi, Azərbaycan, Kipr və İrandan da təkliflər almışdım. Lakin Portuqaliyanı seçdim. Çünki orada oynamağıma xoşbəxtəm”.

0
0