Oğurlanan futbolçu xilas edildi
11.06.2012 - 11:05
İtaliyanın “Leççe” klubunun futbolçusu Kristian Obodo xilas edilib. Apasport.az saytının məlumatına görə, vətəni Nigeriyada olan futbolçu şənbə günü, iyunun 9-da naməlum şəxslər tərəfindən oğurlanmışdı.
Futbolçunu kilsədən qaçıranlar onun anasına zəng vuraraq, 150 min avro tələb etmişdi. Məsələdən xəbərdar olan hüquq-mühafizə orqanları dərhal axtarışa başlayıblar. Lakin eyni zamanda Obodonun yaxınları da ona zərər gəlməməyi üçün lazım olan pulu hazırlayıb cinayətkarlara veriblər. Bunu futbolçunun sevgilisi də təsdiqləyib.
Nəticədə futbolçunun həyatı xilas edilib. Lakin onun hüquq-mühafizə orqanları tərəfindən azad edildiyi, yoxsa pul verildiyi üçün buraxıldığı hələ dəqiqləşməyib. Çünki Nigeriya mənbələrinin hərəsi bir variantın gerçəkləşdiyini iddia edir.
Qeyd edək ki, Obodo Nigeriya tarixinə oğurlanan ilk futbolçu kimi düşüb. Ona qədər cinayətkarlar futbolçuların yaxınlarını ələ keçirməklə pul tələb edirdilər.

0
0