“Kəpəz”in sabiq futbolçusu Qazaxıstanda
11.06.2012 - 12:55
“Kəpəz”in sabiq futbolçusu Qazaxıstanda
2011/12 mövsümünü “Kəpəz”də keçirən belaruslu yarımmüdafiəçi Dmitri Parxaçov karyerasını Qazaxıstanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu bu ölkənin “Kaysar” klubunun düşərgəsindədir.

Hazırda baxışda olan Dmitrinin komandada saxlanılacağı gözlənilir. Çünki komandaya baş məşqçi Vladimir Nikitenkonun dəvəti ilə gələn Parxaçov əvvəllər də bu çalışdırıcı ilə işləyib. Mütəxəssis də onu məhz tanıdığı üçün komandaya çağırıb.

Qeyd edək ki, “Kəpəz”dən əvvəl Azərbaycanda digər klub – “Olimpik”də oynamış belaruslu 2007/08 mövsümündə Premyer Liqanı gümüş mükafatçısı olub. Qazaxıstanda isə “Vostok”, “Ordabası”, “Tobol” və “Jetısu”da çıxış edib.