“Sumqayıt”da yeni məşqçi
11.06.2012 - 13:05
“Sumqayıt”da yeni məşqçi
Azərbaycanın veteran futbolçusu Mübariz Orucov məşqçilik karyerasını “Sumqayıt”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bunadək “Qarabağ”da çalışan məşqçi “Gənclik şəhəri” təmsilçisinin əvəzedici komandasında işləyəcək. Bu komandada baş məşqçi Vaqif Paşayevin köməkçisi olacaq Orucovla 1 illik müqavilə imzalanıb.

Sumqayıt futbolunun yetirməsi olan Orucov həm də əsas komandanın baş məşqçisi Bernard Raabın Futbol Akademiyası üzrə köməkçisi olacaq. Belə ki, akademiyanın planlarına aşağı yaş qrupları üzrə bir sıra layihələr keçirmək daxildir.

Qeyd edək ki, Orucov Premyer Liqada ən çox oyun keçirən futbolçuların siyahısında 8-ci yerdədir. Onun hesabında 311 matç var.