Dik Advokat: Bu, hələ başlanğıcdır
11.06.2012 - 14:12
Dik Advokat: Bu, hələ başlanğıcdır
“Hər oyun çətindir, final kimidir. İstənilən matça eyni yanaşma ilə çıxmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçisi Dik Advokat deyib.

Avropa çempionatının final mərhələsinə Çexiya üzərində 4:1 hesablı qələbə ilə başlayan ruslar sabah II turda Varşavada meydan sahibləri Polşa millisinin qonağı olacaq. Ruslar qalib gələrsə, turnirin ilk 1/4 finalçısı olacaqlar.

Advokat komandada hər şeyin sakit olduğunu bildirib: “Hamı dərk edir ki, cəmi 1 qələbə qazanılıb. Bu, yalnız başlanğıcdır. Görürəm ki, hamı asan olmayacağını gözəl başa düşür. Polşa ilə matç yeni oyundur, yeni rəqibdir. Ümid edirəm ki, həmin nəticəyə nail olacağıq. Yəni ilk matçda olduğu kimi, yaxşı”.

Qeyd edək ki, Polşa – Rusiya matçı sabah Bakı vaxtilə 23:45-də başlayacaq.