“Biz Rusiya yığmasından qorxmuruq”
11.06.2012 - 14:35
“Bu, son deyil, bizim üçün hələ heç nə itirilməyib. Rusiya yığması ilə oyuna start heyətində dəyişiklik etmək fikrim yoxdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşa millisinin baş məşqçisi Frantişek Jmuda deyib.
Vətənlərində keçirilən Avropa çempionatının final mərhələsinə Yunanıstan millisi ilə 1:1 hesablı heç-heçə ilə başlayan polşalılar 2-ci turda qrup lideri Rusiya ilə üzləşəcək.
Növbəti mərhələyə çıxmaq üçün sabahkı matçda qalib gəlməyin vacib olduğunu qeyd edən 63 yaşlı polşalı mütəxəssis rəqiblərini qəbul etdikləri Varşavadakı yeni arenadan gileylənib: “Biz yunanlara qarşı heç də yaxşı şəraitdə oynamadıq. Stadion üstü örtülü olduğundan, boğanaqlıq vardı. Meydan saunanı xatırladırdı. Belə şəraitdə münasib oyun göstərmək çətindir. Ancaq ruslarla başqa cür olacaq. Biz daha yaxşı oynayacağıq”.
Jmuda rəqibinə meydan oxumaqdan çəkinməyib: “Biz Rusiya yığmasından qorxmuruq. Ruslar çexlərlə əla matç keçirdi, möhtəşəm futbol göstərdi.
Dik Advokat əla futbolçulara malikdir. Onlar birgə çox oyun keçirib. Ancaq biz yunanlarla oyunda olduğu kimi, yalnız qələbəyə oynayacağıq”.

0
0