Premyer Liqamızın ilk “11”i
11.06.2012 - 14:48
Premyer Liqamızın ilk “11”i
Ötən ay başa çatan 2011/12 mövsümü Azərbaycan Premyer Liqasının ən təcrübəli futbolçularının karyerasını bitirməsi ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, ölkə çempionatlarında ən çox oyun keçirən Mahmud Qurbanov da, onun ən yaxın izləyicisi Aslan Kərimov da, ilk “4-lük”də yer alan Aqil Məmmədov da futbolçu karyeralarını bitirdilər. Maraqlıdır ki, onların üçü də autsayder “Sumqayıt”la oyunçu kimi son matlarına çıxdı. Bununla da karyerasını davam etdirənlər arasında ilk pilləyə “Kəpəz”in kapitanı Azər Məmmədov çıxıb.

Qeyd edək ki, indiyədək 11 futbolçu Premyer liqada 300 oyun səddini adlayıb.

1. Mahmud Qurbanov - 421
2. Aslan Kərimov - 382
3. Azər Məmmədov - 374
4. Aqil Məmmədov - 364
5. İsmayıl Məmmədov - 351
6. Kənan Kərimov - 327
7. Nadir Nəbiyev - 316
8. Mübariz Orucov - 311
9. Müşfiq Hüseynov - 305
10. Ədəhim Niftəliyev - 303
11. Kamal Quliyev – 302