“Azərbaycandakı futbol həyatı karyeramda yeni təcrübə olacaq”
11.06.2012 - 13:58
“Bakı” mövsümlərarası fasilədə ilk legioner transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Boliviya millisinin futbolçusu Edemir Rodrigesin “zolaqlılar”a keçidi rəsmiləşib. Tibbi müayinədən keçən 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Bu gün “Bakı”nın səhər məşqinə qatılan Edemeri klubun internet televiziyasına fikirlərini bildirib: “Azərbaycandakı futbol həyatı karyeramda yeni bir təcrübə olacaq. Əsas heyətə düşüb, Avroliqada komandama kömək etmək üçün üzərində çox işləməliyəm. Çox şadam ki, "Bakı" kimi böyük bir klubun formasını geyəcəyəm. Təbii ki, əsas heyətdə yerim təmin olunmayıb. Bunun məsuliyyətini anlayıram. Çalışacağam ki, baş məşqçimizin etimadını qazanıb, komandama xeyir verim. İnanıram ki, "Bakı"ya faydalı olacağam”.
Qeyd edək ki, Rodriges 2004-cü ildən etibarən Boliviyanın "Real Potisi" və "Bolivar" klublarında çıxış edib. Boyu 175 sm, çəkisi 69 kiloqram olan futbolçu milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.

0
0